“Hamı bilir ki, narkotikdən istifadə etmişəm. Bu mövzunun açılmağını istəmirdim”.
Viral.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Günü bu gün” verilişində deyib. Sənətçi 17 yaşında narkotik aludəçisi olduğunu bildirib:
“Buna baxan adam deyə bilər ki, tərgitmək olar. Amma o demək deyil ki, istifadə edim, sonra tərgidərəm. İnsanlar arxada nələr çəkdiyini, nə qurbanlar verdiyini bilmir. Atəşlə oynamayan, onun nə qədər yanğılı olduğunu bilə bilməz.
Son Yazılar:
- 17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum
- Dünyada ilk dəfə qadın orqanizmindən kənar uşaq doğuldu
- Tətildə rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!
Universitet illərimdə, 17 yaşımda ağılsızlıqdan narkotik istifadə etdim. İndi insanlar narkotik istifadə edənlərin hansı səviyyədə olduğunu götür. Efirdə, sosial şəbəkədə onların nə gündə olduğunu görürlər. Bizim dövrümüzdə bu yox idi. Narkotik istifadə edənə yaxşı adam kimi baxırdıq” (axşam.az).