EN

Alimlər insan düşüncəsinin sürətini ölçdülər - İnanılmaz nəticə

Alimlərin araşdırması nəticəsində insan düşüncəsinin sürəti ölçülüb.

Publika.az xəbər verir ki, insan beyni məlumatı saniyədə cəmi 10 bit sürətlə emal edir.

Bu rəqəm kompüterlərin saniyədə trilyonlarla əməliyyat yerinə yetirmək qabiliyyəti ilə müqayisədə kifayət qədər aşağıdır. Araşdırmalara görə, bunu düşüncələrin beyində tək cərgədə işlənməsi ilə izah etmək olar. Bu iş tərzi informasiya axınında lənglik və tıxac yaradır.

Kaliforniya Texnologiya İnstitutundan neyrobioloqlar Jeyu Zenq və Markus Meister sensor giriş və koqnitiv emal sürəti arasındakı bu uyğunsuzluğu sirr hesab edirlər.

Onlar bildirirlər ki, hiss orqanlarımız hər an trilyonlarla bit məlumat toplayarkən, beynimiz bu məlumatların yalnız 10 bitindən istifadə edərək qərarlar verir.

Chosen
27
1
publika.az

2Sources