EN

Ölüm şəhadətnaməsi nə zaman elektronlaşdırılacaq? - Açıqlama

Müvafiq qurumların razılığı əldə olunduqdan sonra ölüm şəhadətnaməsinin elektronlaşması mümkün olacaq. Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov dekabrın 23-də jurnalistlər üçün keçirilən mətbuat konfrasında deyib.  
 
 
"Bir çox arayışların elektronlaşmasına başlamışıq. Ölüm şəhadətnaməsinin elektron formata keçməsi üçün müvafiq qurumların razılığının əldə olunması vacibdir. Bununla bağlı aiddiyatı qurumlarla müzakirələr davam edir. Əslində TƏBİB tərəfindən  bu arayışların elektronlaşması prosesi yekunlaşıb. Bİr çox arayışların prosesləri də tam yekunlaşıb. Müvafiq qurumlarla razılıq əldə olunduqdan sonra bunun tətbiqinə başlaya biləcəyik", - qurum rəsmisi bildirib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Chosen
16
anews.az

1Sources