EN

İqlim dəyişikliyi Azərbaycanda qeyri-adi hava şəraitinə səbəb olur - Ekoloqdan AÇIQLAMA

"Son dövrlərdə qlobal iqlim dəyişiklikləri dünyanın hər yerində olduğu kimi Azərbaycanda da öz təsirlərini göstərir. Orta temperaturun 1.5 dərəcə Selsi artması və atmosferdəki karbon dioksid səviyyəsinin 420 ppm-ə çatması qlobal problemləri daha da kəskinləşdirir. Xüsusilə 1990-cı illərdən sonra bu proses sürətlənib. Bu dəyişikliklər su ehtiyatlarının azalması, buzlaqların əriməsi və hava şəraitində kəskin dəyişikliklərlə müşayiət olunur".

Bu fikirləri Redaktor.az-a  Azərbaycanda hava dəyişkənliyini şərh edərkən dedi. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda yağıntılar normadan iki dəfə çox olub:

"Azərbaycanda bu il həddindən artıq çox yağış yağıb, ilkin hesablamalara görə bu normadan iki dəfədən artıqdır. Bakı və Abşeron yarımadasında əgər 15-200 mm normaldırsa, artıq 300 mm-ə qədər çox yağıb. Yağıntıların həddindən artıq düşməsi müəyyən qədər su ehtiyatlarını artıracaq. Lakin qlobal iqlimdə çox ciddi dəyişikliklərlə müşayiət olunacaqdır. Məsələn, Azərbaycanda yağış yağsa da, məsələn, Orta Asiyada və yaxud Şərq ölkələrində yağışların intensivliyi azalır. Yəqin ki, xatırlayırsınız, Dubayda süni yağış yağdırmaq üçün bir əməliyyat həyata keçirdilər. Süni yağış yağdırmaq üçün gümüş duzundan istifadə etdilər. Yəni bu duzların hesabına orada yağış yağdırmağa çalışdılar və nəticə çox dəhşətli oldu. Görünür ki, bir çox ölkələrdə bundan istifadə edəcəklər və bu da yağıntıların yağmasında və yaxud quraqlıqların baş verməsində intensivliyi artıracaqdır".

Ekoloqun fikrincə, yağıntıların artması, günəş enerjisinin torpaq tərəfindən daha çox udulmasına gətirib çıxarır ki, nəticədə, havaların normadan daha soyuq keçməsi baş verir:

"Azərbaycanda havanın əvvəlki illərlə müqayisədə 3-5 dərəcə soyuq keçməsi gözlənilir. Baxmayaraq ki, havalar bu qədər soyuq keçir, yağıntılı keçir, amma hələ ki, temperatur sıfır dərəcədən aşağı düşməyib. Yağışların həddindən çox yağması günəş enerjisinin daha çox udulmasına səbəb olur və bu da havaların soyuqlaşmasının səbəblərindən biridir. Yəni torpaq nəm olur və həddindən artıq nəm olan torpaq da günəş enerjisini daha çox udur. Çünki orada bitkilərin inkişafı, canlıların yaşaması üçün günəş enerjisi çox vacib bir enerji kimi istifadə olunur. Belə bir halda havaların soyuqlaşması baş verir, məsələn, bugünkü hava yaz havasına oxşayır, bu da anormaldır. Deməli, temperaturun soyuq, ya isti keçməsi haqqında proqnoz vermək çox çətin olur".

Artmaqda

Sadiq Həsənov bildirdi ki, yağıntıların artmasına baxmayaraq, Kür çayında su səviyyəsi gözlənilən qədər yüksəlməyib:

"Yağışın yağmasına rəğmən Kür çayında səviyyə göstəricisi o qədər də yuxarı qalxmayıb. Burada tək təbiət yox, eyni zamanda bu sudan insanların həddindən artıq istifadəsi də rol oynayır. Kənd təsərrüfatında, fermer təsərrüfatında israfçılığa yol verilir. Bu hallar artıq tədricən aradan qaldırılmalıdır və biz su ehtiyatlarının daha qənaətli istifadə edilməsi yollarını tapmalıyıq".

Türkan İSGƏNDƏRLİ

Chosen
22
redaktor.az

1Sources