Prezident İlham Əliyev Azərbaycana möhtəşəm qələbələr qazandırıb
Bu gün Azərbaycan davamlı və dinamik iqtisadi inkişafın, sarsılmaz ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, öz tərəqqisi ilə mütərəqqi nümunə yaradan qabaqcıl ölkələrdəndir. Eyni zamanda, respublikamız beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət, regional və qlobal təhlükəsizliyə layiqli töhfələr verən etibarlı tərəfdaş və dünya birliyinin məsuliyyətli üzvü kimi tanınır.
Əlbəttə, ölkəmiz hazırkı inkişaf mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində xaos meydanına çevrilən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində böhrandan xilas olaraq inkişaf yoluna çıxıb. Bu gün isə ölkəmiz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atır.
Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan cənab İlham Əliyev öz fəaliyyəti ilə təkcə Azərbaycanın sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.
2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisi xalq-iqtidar birliyinin təntənəsi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş və silinməz izlər buraxmışdır. Azərbaycan xalqı bir daha öz Qalib Liderinə sarsılmaz inam və sonsuz etimadını ifadə etmiş, bənzərsiz nailiyyətləri yüksək qiymətləndirərək yeni qələbələrə ürəkdən səs vermişdir. Bu, xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev irsinə dərin ehtiramının və Müzəffər Lider kimi dövlət başçısının qətiyyətli siyasətinə dəstəyinin daha bir bariz nümunəsi və möhtəşəm ifadəsidir.
Azərbaycanın qüdrətini artıran amillərdən biri uğurlu və səmərəli xarici siyasətin həyata keçirilməsidir. Bunun nəticəsi kimi, Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq müstəvidə çox yüksək qiymətləndirilir. Azərbaycan 155 ölkənin dəstəyi ilə 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməkləqlobal problemlərin həllinə öz dəyərli töhfəsini verib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq müstəvidə ən mühüm tədbirlərdən biri olan COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsi isə onun dünyada artan nüfuzunubir daha bariz şəkildə göstərdi.
Yola salmağa hazırlaşdığımız2024-cü ilhəm də Azərbaycanın yekdilliklə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatınınüzvü seçilməsi ilə qalacaq. Bu, etibarlı, konstruktiv və perspektivli tərəfdaş olan Azərbaycana etimadındaha birbariz nümunəsidir.
Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının əsas məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Ölkəmiz 44 günlük Vətən müharibəsi dövründə işğalçı Ermənistanı döyüş meydanında darmadağın edərək kapitulyasiya aktına imza atmağa məcbur edib, ötən il həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə suverenliyinin tam bərpasına nail olub və misilsiz Qələbə qazanıb. Bununla da ölkəmizin təhlükəsiz inkişafı təmin olunub və yeni tərəqqi dövrü başlayıb. Bu, dövlətçilik tariximizin ən böyük uğurlarındandır.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri