EN

"İran Suriyanın hakim orqanı ilə birbaşa təmasda deyil" - İsmayıl Bəqai

"Hazırda İran ilə Suriyada hakim cərəyan arasında birbaşa əlaqə yoxdur".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, açıqlamasında Tehranla Suriyada son vaxtlar hakimiyyəti ələ keçirmiş qruplaşma arasında birbaşa əlaqəni təkzib edib.

İran Suriyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək siyasətinin lehinədir. Suriya xalqı öz taleyini təkbaşına həll etməlidir. Suriyanın terrorizmin yüksəliş sığınacağına çevrilməsinin qarşısını almaq lazımdır. Gələcəkdə Suriyadakı hakim cərəyanların davranışlarını nəzərə alaraq qərarlar verəcəyik", - deyə sözçü vurğulayıb.

Gülşən Şərif

Chosen
13
bakivaxti.az

1Sources