EN

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşüb

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlığından irəli gələn iqtisadiyyat, enerji, kommunikasiya, regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif mövzular müzakirə olunub.

Nazir regionda münaqişədən sonrakı bərpa prosesi və sülh səyləri ilə bağlı son yeniliklər barədə Serbiya Prezidentini məlumatlandırıb.

***Serbiya Prezidenti Aleksandr Vuçiç dekabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.

SeherXeber.org report-a istinadən xəbər verir ki, görüş yerli vaxtla saat 11:30-da Serbiya Prezidentinin Baş Katibliyi binasında keçiriləcək.

Səfər çərçivəsində C.Bayramovun Serbiya səfirlərinin konfransında çıxışı, həmçinin xarici işlər naziri (XİN) Marko Curiç və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.

İkigünlük konfrans zamanı iştirakçılar dünyada cari geosiyasi vəziyyəti, Serbiyanın Avropa inteqrasiyası prosesini, regional problemləri və digər mövzuları müzakirə edəcəklər.

Konfransı Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç, Azərbaycan və Serbiyanın XİN başçılarının açacağı gözlənilir.

Konfrans çərçivəsində Serbiyanın Avropa inteqrasiyası naziri Tanya Mişçeviçin çıxış edəcəyi "Avropa inteqrasiyası məsələləri" mövzusunda panel müzakirəsi nəzərdə tutulub. Səfirlər konfransının birinci gününü Serbiya Baş naziri Miloş Vuçeviç bağlayacaq.

Chosen
5
18
seherxeber.org

10Sources