Bakı. Trend:
Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi təsdiqedilib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev müvafiq Fərman imalayıb.
Fərmana əsasən, "Azərbaycan Biznesinin İnkişafı Fondununvəsaitindən istifadə Qaydası” da təsdiq edilib.
Qeyd edilir ki, ləğvetmə prosesində olan müvəkkil kredittəşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fondunun sahibkarlıqsubyektlərinə verdiyi güzəştli kreditlər üzrə 189 751 707 manatməbləğində qalıq aktivlər Fondun nizamnamə fondundan silinib vətələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinətransfer edilib.
Nazirlər Kabineti sahibkarlıq subyektlərinin güzəştlikreditlərlə maliyyələşdirilməsi, eləcə də investisiya qoyuluşununhəyata keçirilməsi qaydasını 4 ay müddətində təsdiq edib dövlətbaşçısına məlumat verməli, iqtisadiyyatın tələblərini nəzərəalmaqla, digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarınıöyrənməli və nəticəsindən asılı olaraq təkliflərini Prezidentətəqdim etməli, fərmandan irəli gələn digər məsələləri həlletməlidir.
İqtisadiyyat Nazirliyi Fondun strukturunu, əməyin ödənişifondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifəmaaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digərödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, fərmandanirəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlərgörməlidir.