EN

İtaliyalı futbolçu xəyanətdə ittiham olunur

İtaliya mətbuatı mövsümün əvvəlində “Boloniya”dan “Arsenal”a transfer olan Rikardo Kalafiorini xəyanətdə ittiham edir.

Yenisabah.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin “Yuventus”un təklifini rədd etməsi ölkəsində şiddətlə tənqid olunub.

İdman jurnalistləri Kalafiorini ölkənin futbol ənənələrini pozmaqda ittiham edirlər. Onların bəziləri hətta gənc müdafiəçinin millidən uzaqlaşdırılmasını istəyir.

İtaliyada yazılmamış qanunlara görə, ulduzu parlayan hər bir yerli müdafiəçi ən az 1 mövsüm “Yuventus”da çıxış etməlidir. Bu, bir növ, onlar üçün “milli sınaq” hesab edilir.

 


Telegram kanalımız
Chosen
7
yenisabah.az

1Sources