Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya parlamentinin sədri Ana Brnabiç ilə görüşüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi istiqamətində birgə səylər müzakirə edilib.
Bu baxımdan qarşılıqlı səfər və görüşlərin, eləcə də parlament dostluq qruplarının rolu vurğulanıb.
“Cebheinfo.az”