EN

Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları məlum olub

Bakı. Trend:

Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnamə fondu, əmlakıvə maliyyə fəaliyyətinin əsasları məlum olub.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi Fondun Nizamnaməsindəöz əksini tapıb.

Belə ki, Fondun nizamnamə fondunun məbləği 1.180.929.648,0 (birmilyard bir yüz səksən milyon doqquz yüz iyirmi doqquz min altı yüzqırx səkkiz) manatdır.

Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan,həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldəolunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb ediləninvestisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdənformalaşır.

Fond öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuşməqsədlərə uyğun istifadə edir. Fond balansında olan dövlətəmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunubsaxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsihaqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyuntarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyatakeçirir.

Fond qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburiödənişləri ödədikdən sonra Fondun, onun idarə, filial vənümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin, habelətabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitüzərində müstəqil sərəncam vermək, fəaliyyət istiqamətləri üzrəyerləşdirilmiş vəsaitlərdən əlavə Fondun hesablarında qalan sərbəstvəsaitləri depozit, digər maliyyə aktivlərinə və qiymətli kağızlaralınmasına yönəltmək hüququna malikdir.

Fondun mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçünyalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

Fondun məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləritənzimlənən qiymətlərə aid deyildir.

Chosen
17
3
az.trend.az

4Sources