“Mənim ifamdan eşidib, başqa müğənnilər də oxumağa başladı. “Talış balası” trenddə çevrildi”.
Bu sözləri Hit.az-a “Talış balası” mahnısı ilə məşhurlaşan Ruslan Əbilov deyib.
Onun sözlərinə görə, bu mahnıdan sonra əməlli məşhurlaşıb:
“Talış balası” mahnısından əvvəl çox çətinliklər yaşadım və tanınmırdım. Bu qədər məşhur deyildim. Amma “Talış balası”nı oxuduqdan sonra sənətçilər və müğənnilər ifamı eşitdilər və artıq onu səsləndirməyə başladılar. Təbii ki, xalq tərəfindən sevilir və bu gün trenddə olan bir mahnıdır. O mahnı hər gün toy mərasimlərində beş dəfə səslənir.
“Talış balası” mahnısı talış toyunda ağlıma gəldi. Orada bədahətən oxudum. Musiqi üzərində alındığını hiss edəndə dərhal yazıb, paylaşdım. Mahnının sözləri və musiqisi tam olaraq , mənə aiddir. Əmilərimdən Əbilov Əbil kömək etdi. Mahnının aranjimanında və klipinin çəkilişində də onun əməyi oldu”.
Murad