Rusiyanın Xalq artisti Andrey Makareviçin “Qeyri-zorakılıq fəlsəfəsi” adlı Moskva şirkəti bağlanıb.
Söz.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Rusiyada Federal Vergi Xidməti qərar qəbul edib.
Təşkilat 2023-cü ilin yanvarında yaradılıb.
Makareviç “Qeyri-zorakılıq fəlsəfəsi” vasitəsilə mühazirələr və tematik görüşlər təşkil etmək, “zorakılıqsız etiraz” ideyalarını təbliği niyyətində olub.
Lakin İsrailin Qəzza zolağına hücumundan sonra o, fikrini dəyişib. O vaxtdan bəri şirkət fəaliyyət göstərməyib.
Vergi idarəsi yoxlama aparıb və təşkilatın işləmədiyinə əmin olaraq şirkəti ləğv edib.