ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.
Bu barədə \"İnterpol\"un saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.
ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı \"İnterpol\"a müraciət olunub.
Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı \"Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə\" ittiham edib.
///report