EN

"Valensiya" baş məşqçisi ilə yollarını ayırıb

İspaniya təmsilçisi "Valensiya" baş məşqçisi Ruben Baraxa ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən kənarlaşdırılıb.

"Yarasalar" cari mövsüm onun rəhbərliyi altında La Liqada 17 oyuna 12 xal toplayaraq, 19-cu sırada yer alıblar.

Qeyd edək ki, Baraxa futbolçu kimi 2000-2010-cu illərdə "Valensiya"da çıxış edib və iki dəfə İspaniya çempionu olub. O, komandanın heyətində ölkə kubokunu, UEFA və UEFA Superkubokunu qazanıb.

Mənbə: report.az

Chosen
22
3
report.az

4Sources