Almaniya Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş yeni əhəmiyyətli hərbi yardım paketini təqdim edib.
"Operativ Media" xəbər verir ki bu barədə Almaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, paketə iki Patriot hava hücumundan müdafiə qurğusu, iki IRIS-T hava hücumundan müdafiə sistemi və 15 Leopard 1A5 tankı daxildir.