EN

Putinin "sağ əli"nin türk dilində danışdığını bilirdiniz?

Putinin "sağ əli"nin türk dilində danışdığını bilirdiniz?Dmitri Peskov prezident Vladimir Putinin sağ əlidir. 2012-ci ildən o, siyasətçini mətbuat katibi kimi müşayiət edir, xaricdə "Kremlin səsi" ləqəbi ilə tanınır. Peskovun ixtisası "tarixçi-şərqşünas, referent-tərcüməçi"dir.

Lent.az-ın məlumatına görə, təhsilini M.V. Lomonosov adın Moskva Dövlət Universitetində - Asiya və Afrika ölkələri İnstitutunda alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hansı dillərdə danışır?

Məlumdur ki, Peskovun linqvistik arsenalında doğma dilindən başqa üç dil var: ingilis, türk və ərəb. Universiteti bitirdikdən sonra Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb: Ankarada Rusiyanın Türkiyədəki səfirliyinin növbətçi köməkçisi, attaşe, birinci, ikinci və üçüncü katibi vəzifələrində çalışıb.

Peskovun dilləri, xüsusən də türk dilini bilməsi Rusiya liderlərinin işinə dəfələrlə kömək edib: 1999-cu ildə o, ATƏT-in İstanbul sammitində prezident Boris Yeltsinə tərcümçilik edib və artıq Vladimir Putinin rəhbərliyi altında Kremldə işləyərək, dəfələrlə dövlət başçısı ilə Türkiyə liderləri arasında görüşlərdə tərcüməçi kimi fəaliyyət göstərib..

Chosen
13
sonxeber.az

1Sources