EN

Biləsuvarda şəhidlərin xatirəsi üçün salınmış "Vətən bağı"nda təmir işləri aparılır

Biləsuvar şəhərində şəhidlərin xatirəsi üçün salınmış "Vətən bağı"nda təmir işləri aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, hazırda ərazinin işıqlandırılması və piyada səkilərinin çəkilişi işləri görülür.

Həmçinin əraziyə yeni su xətti çəkiləcək.

Qeyd edək ki, bağ 2021-ci ildə salınıb və rayonun 202 şəhidinin xatirəsinə həmin sayda ağac əkilib. Daha sonra sahəsi 2,7 hektar olan ərazidə bir neçə ağacəkmə aksiyası keçirilib.

Chosen
22
far.az

1Sources