EN

Gürcüstanda seçkilər üçün şura yaradılır – Zurabişvili yeni planını açıqladı

Gürcüstanda yeni seçkilərə hazırlıq üçün mandatı olacaq şura yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili videomüraciətində bildirib.

Onun sözlərinə görə, seçkilər üçün şərtlərin yer alacağı sənəd artıq hazırlanır və onun sabah tam hazır olacağı gözlənilir.

Dövlət başçısı deyib ki, Gürcüstanda böhran gündən-günə dərinləşir və “Gürcü Arzusu” partiyası özünü elə aparır ki, sanki hər şey qaydasındadır.

“Siyasi böhrandan yeganə çıxış yolu yeni seçkilərdir. Bu böhrana artıq dözmək olmaz. Biz cəmiyyəti sülhə aparmalıyıq”, - S.Zurabişvili söyləyib.

Prezident hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ilə təkbətək görüşə hazır olduğunu bir daha bildirib. O, görüşün dekabrın 29-dək keçirilməsini təklif edib.

“Bu kompromisli dialoq dekabrın 29-dək baş tutmasa, ikinci variant rejimi devirməklə seçkilərə nail olmaqdır”, - S.Zurabişvili qeyd edib.


Müəllif: Cəmilə Babayeva
Chosen
6
1
teleqraf.com

2Sources