EN

Kremldən Putin-Tramp görüşü barədə açıqlama – Peskov danışdı

“ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş təşkil etmək üçün heç bir ilkin şərt yoxdur”.

 Tribunainfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, TASS-ın Trampın andiçmə mərasimindən əvvəl görüşün mümkün olub-olmaması ilə bağlı sualına cavab olaraq, “Hələ heç bir real impuls olmayıb” cavabını verib.

Bazar günü ABŞ-ın yeni seçilmiş Prezidenti Rusiya – Ukrayna müharibəsinə son qoymaq üçün Putinlə görüşü gözləyəcəyini bildirib.Putin ötən həftə canlı yayım zamanı Trampla 4 ildən artıqdır danışmadığını, lakin istənilən vaxt onunla görüşməyə hazır olduğunu bildirib.

Dekabrın əvvəlində Tramp Parisdə Ukrayna və Fransa prezidentləri ilə görüşü zamanı dərhal atəşkəs əldə olunması və müharibənin dayandırılması üçün danışıqlara başlanmasının zəruriliyindən danışıb. Volodimir Zelenski də öz növbəsində Ukraynanın təhlükəsizliyinə zəmanət verməkdə israr edib. Ukrayna liderinin sözlərinə görə, müharibəni mümkün qədər tez bitirmək niyyəti elə vəziyyətə gətirib çıxaracaq ki, münaqişə əsasən Moskvanın şərtləri ilə bitəcək.

Tramp dünya mediasına müsahibələrində dəfələrlə Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirməyi özünün əsas prioriteti adlandırıb, lakin konkret planları açıqlamayıb.

Chosen
1
1
tribunainfo.az

2Sources