EN

Stolüstü tennis üzrə ölkə turniri başa çatıb

Sumqayıt şəhərində 2014-cü il təvəllüdlü və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər. 100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb. Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub. Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.

Fərqlənən idmançılara federasiyanın hədiyyələri təqdim edilib.

Chosen
30
6
90deqiqe.az

8Sources