"Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq". AFN.az “The Guardian”a istinadən xəbər verir ki, bunu Qrenlandiyanın baş naziri Mute Egede bildirib.O, ABŞ-ın yeni seçilmiş prezidenti Trampın bəyanatlarını şərh edib. "Biz azadlıq uğrunda uzun sürən mübarizəmizi itirməməliyik" - deyə Mute Egede qeyd edib.Xatırladaq ki, Donald Tramp "Truth" sosial şəbəkəsində yaydığı açıqlamasında "ABŞ-ın Qrenlandiya üzərində nəzarətə ehtiyacının olduğunu" bildirib.