EN

Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

Image

Bu gün Cənubi Qafqazda əsas söz sahibi qismində Azərbaycan çıxış edir və bu, İkinci Qarabağ müharibəsindən sonra özünü daha qabarıq şəkildə büruzə verir. Azərbaycanın regionda əsas söz sahibi olması həm də qardaş Türkiyənin burada güclü mövqe sahibi olması deməkdir. 

Indi bütün xarici oyunçular, o cümlədən Qərb Azərbaycan-Türkiyə tandeminin regionda siyasəti ilə mütləq mənada hesablaşmağa məcburdurlar.

Ölkələrimizin hazırda Orta Asiyada da getdikcə əsas həlledici  qüvvələrdən biri olduğu diqqətdən yayınmır. Suriya hadisələrindən sonda isə Azərbaycan-Türkiyə tandeminin Yaxın Şərq coğrafiyasında da əhəmiyyətli dərəcədə güclənəcəyi qaçılmaz hesab olunur. Xüsusən də Azərbaycanın Türkiyə vasitəsilə Suriyada, Yaxın Şərqdə güclənməsi qaçılmaz sayılır. Bəşər əl-Əsəd hökumətinin Ankaradan dəstək alan qruplar qarşısında çökməsi Türkiyəni Suriyada dominant xarici qüvvəyə çevirdi. Qərb, eləcə də İranla Rusiya isə bu ölkədəki mövqelərini itirdi. Məsələ ilə bağlı “Radio Free Europe”in eksperti Kian Şərifi qey edir ki, Türkiyə və İran illərlə Cənubi Qafqazda nüfuz dairələri uğrunda bir-biri ilə rəqabət aparıb və indi bu rəqabət Suriyayadək genişlənib. Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun İran üzrə təhlilçisi Behnam Taleblu isə bildirir: “Əsəd rejiminin çöküşündən öncə İran İslam Respublikasının Türkiyənin Suriyada istər iqtisadi, istər siyasi, istərsə hərbi məcrada təsirləri ilə bağlı ciddi qorxusu olub. Ancaq İranın bölgədə, bir dövlət olaraq, tək müttəfiqinin itirilməsi ilə bu qorxu həndəsi silsilə ilə artacaq”. Bununla yanaşı, ekspertlər deyirlər ki, Türkiyənin Suriyada nüfuzunun İranın maraqları bahasına artması hələ bunun iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcəyi demək deyil. Hələ 2011-ci ildə - Suriyadakı vətəndaş müharibəsi yeni başlayanda İranla Rusiya Əsədi, Türkiyə isə onun hakimiyyətinə qarşı çıxan üsyançı qrupları dəstəkləyirdi. İrana Əsədin hakimiyyətdə qalması lazım idi, axı bu halda bölgədəki uzantı və tərəfdaşlarına, özəlliklə Livandakı “Hizbullah” qrupuna maliyyə və silah ötürmək üçün Suriya ərazisindən yararlana bilirdi. Rusiyaya gəlincə, Əsədin hakimiyyətdə olması Moskvanın Hmeymim hava bazasını və Tartusdakı hərbi bazanı əlində saxlaya bilməsi demək idi. Bu iki baza ona Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizinə daha asan çıxış imkanı verirdi. Ankara Suriyadakı hökumətin onun bölgəyə dair baxış və siyasətinə uyğun olmasını istəyirdi. Bu, özəlliklə Suriyanın şimalındakı kürd qruplarının qarşısının alınması məsələsinə aiddir. Demokratik Birlik Partiyası (PYD) da daxil, kürd partiyalarının koalisiyası Şimali və Şərqi Suriya "Muxtar Administrasiyasına" rəhbərlik edir. PYD-nin silahlı qanadı olan Xalq Özünümüdafiə Dəstələri (YPG) ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə başçılıq edir. Almaniya Beynəlxalq Güvənlik Məsələləri İnstitutunun Türkiyə üzrə eksperti Darya İsaçenko qeyd edir:   “Türkiyənin Suriyada üç əsas narahatlığı vardı: YPG/PYD-yə qarşı vuruşmaq, suriyalı qaçqınların Suriyaya qayıdışına imkan yaratmaq və Türkiyəyə daha çox qaçqın axınının önünü kəsmək”. 

İsaçenko deyir ki, dekabrın 8-də Əsəd hakimiyyətinin devrilməsi Türkiyəyə qaçqın axınının qarşısını alsa da, narahatlıqlardan ilk ikisi qalmaqdadır. Suriyanı indi, faktiki olaraq, ABŞ-nin terrorçu təşkilat saydığı “Heyət Tahrir əş-Şam” və müttəfiqləri yönəldir. Bu müttəfiqlərin də bir qismi İranın rəqibi olan Türkiyəyə bağlıdır. İsaçenko qedy edir ki, Ankara Dəməşqdəki yeni hökumətlə nüfuzunu n artması və İranın Suriyadakı mövqeyinin zəifləməsi İran, Rusiya və Türkiyənin nüfuz dairəsi uğrunda rəqabət apardığı Cənubi Qafqazda da olayların gedişinə təsir göstərə bilər. Bunlar fonunda ABŞ-nin kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə  dəstəyi son illərdə bir neçə amilin təsiri ilə zəifləyib. Bu amillər arasında 2018 və 2019-cu illərdə ABŞ qoşunlarının əksər hissəsinin bölgədən çıxarılması və Vaşinqtonun NATO müttəfiqi olan Türkiyənin basqısı da var. Ekspertlər deyirlər ki, 2019-cu ildə Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücum təşkil edən Ankara hazırda kürd terrorçuları  daha da sıxışdırmaq üçün güclü üstünlüyə sahibdir. Əsədin devrilişindən bəri Ankaranın dəstəklədiyi üsyançı qruplar kürd qüvvələri ilə toqquşaraq Türkiyə sərhədi yaxınlığında yerləşən və daha öncə kürdlərin nəzarətində olan Münbiç və Tel - refat şəhərlərini ələ keçiriblər. İraqın Kürdüstan bölgəsində yaşayan, Suriya kürdləri haqqında kitabların həmmüəllifi olan təhlilçi Vladimir van Vilqenburq məsələ ilə bağlı bildirir: “Dəməşqdəki yeni hökumət, böyük ehtimalla, Türkiyə ilə münasibətlərini Suriya Demokratik Qüvvələrindən üstün tutacaq. “Heyət Tahrir əş-Şam” ilə razılığa gəlməzlərsə, kürdlərin durumu ağır olacaq. Qurumun lideri, daha öncə döyüşçü adı ilə Əbu Məhəmməd əl-Colani kimi tanınan Əhməd əl-Şaraa Suriyadakı bütün silahlı qrupları bir bayraq altında birləşdirmək istəyir. Ancaq Suriya Demokratik Qüvvələrinin bu birliyə qoşulması, faktiki olaraq, Suriyadakı kürd muxtariyyətinə son qoya bilər”. Beləliklə, Ankara Suriyada daha güclü mövqe əldə edir. Bu, həm də Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan sayəsində Yürkiyə Cənubi Qafqazda necə güclənirsə, eyni şey əks formada Suriyada da baş veir. Azərbaycan Türkiyə vasitəsilə Suriyada da güclü mövqe sahibinə çevrilir.

Nahid SALAYEV





Chosen
17
baki-xeber.com

1Sources