EN

Artımlar özəl sektoru da əhatə edəcək - Vüqar Bayramov

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi".

Publika.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sənədlə gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq: "Öncədən proqnozlaşdırıldığı kimi həm minimum əmək haqqında, həm də minimum pensiyada artımlar iki rəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir. Eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır".

Chosen
20
4
publika.az

4Sources