Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debat keçirməyə dəvət edib.
AzNews.az “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsində yazıb.
“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə mənim Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm və hesab edirəm ki, onlar da gizlənməsəydilər, düzgün olardı.
Keçmiş prezidentlərlə canlı debatlar formatında sözlərimi əsaslandırmağa hazıram. Bu gün daxil olmağıma etiraz edən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan yazıb.