Türkiyə millisinin üzvü Yusuf Sarı karyerasını Super Liqanın başqa klubunda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Adana Demirspor"un yarımmüdafiəçisi ilə "Başakşəhər" maraqlanır.
İstanbul klubu Adana təmsilçisinə keçid üçün 1,5 milyon avro təklif edib.
Qeyd edək ki, Yusuf Sarı bu mövsüm 13 matçda meydanda olub və 1 məhsuldar ötürmə edib.