EN

Cənab Prezident İlham Əliyev effektiv dövlət siyasəti yürüdən müasir siyasi lider obrazıdır.



“Vətənin, xalqın, millətin bu günü hər kəsi maraqlandırır, onun gələcəyi barədə isə yalnız əsl vətənpərvərlər və dahilər fikirləşir.” Mənim fikrimcə, Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, onun gələcəyinin qayğısını çəkən Ümummilli lideri- Heydər Əliyevi olub. Dahi rəhbərin uzaqgörən, çoxşaxəli siyasətinin mərkəzində güclü və ən əsası, müstəqil Azərbaycan dayanırdı. Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən bütün sahələrdə xalqının mənafeyini müdafiə edərək qüdrətli Azərbaycanın təməlini qoyan Ulu Öndər öz vəfatından sonra da onun inkişafını, çiçəklənməsini və intibah səviyyəsinə çatmasını təmin edərək xalqının taleyini etibarlı əllərə əmanət etdi. Uzaqgörən lider Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində ölkəni çıxardığı inkişaf yolunda sarsılmaz addımlarla irələlicəyinə ümid bəslədiyi namizəd – Müzəffər Ali Baş Komandan İlham Əliyev barəsində belə deyirdi:
“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”
Ulu Öndərin uzaqgörənliyini bir daha təsdiq edərək xalqının və onun rəhbərinin ümidlərini doğruldan cənab prezident İlham Əliyev faktiki olaraq Azərbaycanı bütün istiqamətlərdə özünün ən yüksək zirvəsinə çatdırmağa nail oldu. Başda ərazi bütövülüyümüzün təmin olunması olmaqla, istər daxili idarəetmə və demokratik-siyasi quruculuq, istər beynəlxalq nüfuz və iqtisadi inkişaf kimi sahələrdə ölkəmiz digər dövlətlər üçün siyasi inkişaf modelinə çevrildi. Onun rəhbəri isə yürütdüyü effektiv daxili və xarici siyasəti, uğurlu və strateji diplomatik addımları ilə qlobal arenada nümunəvi müasir siyasi xadim kimi özünü subut etdi. Belə ki, İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Ölkə daxilində demokratik ənənələrin formalaşadırılması istiqamətində atılmış bir sıra mühim addımlar – son 4 ildə siyasi partiyalar arasında imzalanmış 9 bəyənat və 3 müraciət,VI çağırış Milli Məclisdə 10-dan çox siyasi partiyanın təmsili və parlament idarə heyətində müxalif siyasi partiyanın iştirakı nəinki həmrəylik mühitinin inkişafı, siyasi dialoqu və əməkdaşlıq mühitinin təşviqi kimi yüksək amallara xidmət edir, eyni zamanda dayanaqlı və demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübə rolunu oynayır. “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” fikirlərini səsləndirən ölkə başçısı sözügedən qarşılıqlı əməkdaşlıq və siyasi dialoq tədbirlərinin milli həmrəylik və xalqın maraqlarını təmin etmək uğrunda əhəmiyyətini bir daha vurğulayıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilmiş müasir, beynəlxalq standartlara uyğun demoktratizasiya islahatları ölkə başçısınən mahir diplomatik siyasəti ilə birgə Azərbaycanın dünya miqyasında etibarlı strateteji tərəfdaş imici qazandırıb. Sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri ölkəmizin sosial-iqtisadi rifahına öz töhfəsini verməklə paralel haqq mübarizəmizdəki haqlı mövqeyimizi dünya ictimaiyyətində qəbul edilməsində birbaşa rol oynadı. Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəkverici səsi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 2019-2023-cü illərdə 120 dövlətin təmsil olunduğu “Qoşulmama Hərəkatı”na sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərməklə yanaşı Ermənistanın qlobalmiqyaslı təşkilatlar tərəfindən işğalçı kimi tanınmasına səbəb oldu. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclasın təşkili, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının və 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin BMT üzv dövlətləri tərəfindən qəbul edilməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq sahəsində artan nüfuzunun danılmaz göstəricisidir. Təsadüfi deyil ki, tolerantlıq rəmzi olan Azərbaycan qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilərək Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və UNESCO-nun xüsusi sessiyalarının keçirilməsində mərkəz olmuşdur. . NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində fəal tərəfdaşı olan Azərbaycanın hazırki ildə iqlim diplomatiyasının dönüş nöqtəsi olan COP29 konferansına ev sahibliyi etməsi, özündə 1,3 trilyard ABŞ dolları həcmində iqlim maliyyəsini təminatını ehtiva edən “Bakı Maliyyə Məqsədi” razılaşmasının imzalanması və 2024-cü il 19 dekabr tarixində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi ölkəmizin dünyamiqyaslı fəaliyyətdə misligörünməz yer tutduğunun bariz nümunəsidir.Təməli hələ Ulu Öndər Heydər Əliyev tərəfindən “Uğurlu gələcəyin təminatçısı güclü, sarsılmaz ordudur.” şüarı ilə qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdə əldə etdiyi ardıcıl uğurlar məhz məqsədyönlü siyasətin və uğurlu diplomatiyanın nəticəsidir. Dahi strateq İlham Əliyev Dünyanın 30-dan çox ölkəsinin media qurumlarına Vətənimizin haqlı mövqeyini mahir ustalıqla ictimaiyyətə çatdırmaqla kifayətlənməyib öz dəstxətti ilə qlobal arenada digər müasir siyasi xadimlər üçün nümunə oldu.
Bizim siyasətimizin mərkəzində “Azərbaycan vətəndaşı dayanır” kəlamı ətrafında həm öz daxili, həm də xarici siyasətini xalqının maraqlarını müdafiə etməyə həsr edən cənab Prezident İlham Əliyev həqiqətən də Ümummili liderin uöurlu siyasi xəttini davam etdirərək, millətinin ona olan ümidlərini doğruldaraq müstəqil Azərbaycanı öz inkişafının ən pik mərhələsinə çatdırmış və özünəməxsus imzası, siyasi yolu, uzaqgörən və incə düşünülmüş diplomatiyası ilə həm yerli, həm də beynəlxalq miqyasda təkrarolunmaz və nümüunəvi siyasi lider obrazı yaratmışdır.

Gülnur Ağakişiyeva,
Corc Vaşinqton Universitetinin bakalavr tələbəsi,
Nəsimi rayon gənci




Chosen
19
aia.az

1Sources