EN

Elon Mask: "FED həddən çox personala sahibdir"

Fins.az - Elon Mask, ABŞ Mərkəzi Bankı (FED)-in idarəetmə strukturu ilə bağlı tənqidlərini davam etdirir.

ABŞ-da yeni Prezident Donald Tramp tərəfindən "Hökumət Verimliliyi Departamenti"nin rəhbəri təyin edilən Musk, FED-in "həddən artıq çox işçiyə sahib olduğunu" bildirib.

Mask, X (keçmiş Twitter) hesabında etdiyi paylaşımda, FED-in personel sayının və strukturunun qeyri-effektiv olduğunu vurğulayıb. Bu açıqlama, bir X istifadəçisinin, FED-in faiz dərəcələrini 25 baz nöqtə azaldaraq federal fond dərəcəsini 4,25%-4,50%-ə endirməsini və Jerome Powell-ın 2025-ci il üçün yalnız iki faiz endirimi proqnozu verməsini şərh etdiyi tweet-ə cavab olaraq gəlib.

Mask, bu tweet-ə "FED axmaq şəkildə çox işçiyə sahibdir" şərhini yazıb. Əlavə olaraq, o, FED-in faiz dərəcələrinin azalması ilə bağlı təmkinli yanaşmasının bazarlarda mənfi əks-səda doğurduğunu qeyd edib. S&P 500 indeksinin elan sonrası 3% azaldığını bildirən Mask, Fed-in deflasiya riski ilə bağlı ehtiyatlı davranması gərəkdiyini də vurğulayıb.

2022-ci ildə də FED-in yüksək faiz artımlarının inflyasiyanı yavaşlatmaq əvəzinə deflasiya riskini artıracağına dair xəbərdarlıqlar edən Mask, Mərkəzi Bankın faiz endirimi etməli olduğunu bildirmişdi.

Elon Mask-ın bu açıqlamaları, iqtisadiyyatın tənzimlənməsi və faiz siyasəti ilə bağlı mübahisəli müzakirələri daha da alovlandırır. FED-in gələcək faiz endirimləri və struktur dəyişikliklərinə dair atacağı addımlar, iqtisadiyyat və maliyyə bazarlarında geniş təsir yaratmağa davam edəcək.

Chosen
11
fins.az

1Sources