EN

"NBCO KredAqro" işçi axtarır - MAAŞ 2000 MANAT - VAKANSİYA

NBCO KredAqro

Kredit departamentinin Rəhbəri

Son tarix 23 yan 2025 - [email protected]

Əsas vəzifə və öhdəliklər:

  • Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla  fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
  • Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapital səviyyəsinin müəyyən edilməsi;
  • Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkili və ona nəzarət;
  • Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət;
  • Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət;
  • Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi;
  • Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması;
  • Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması;
  • Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi;
  • Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri; 
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
  • Əmək haqqı 2000 AZN.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Chosen
14
fed.az

1Sources