EN

ABŞ BRİKS sammitinə qatılan ölkələrə təzyiq edib - Uşakov

ABŞ BRİKS-in Kazanda keçirilən sammitinə dəvət olunmuş bir neçə ölkəyə təzyiq edib.

Teleqraf.com xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

“Seminar ABŞ və müttəfiqlərinin təzyiqi ilə baş tutub. Kazana dəvət olunan bəzi ölkələrin tədbirimizdə iştirak etməmələri üçün hər şey edilib”, - Uşakov ABŞ təzyiqlərindən danışarkən qeyd edib.

O vurğulayıb ki, Kazan sammiti ilin beynəlxalq gündəliyində ən əlamətdar hadisələrdən biridir. BRİKS+ formatı çərçivəsində 41 xarici nümayəndə heyəti, o cümlədən 35 dövlət və 6 beynəlxalq təşkilatın rəhbəri iştirak edib.


Müəllif: Arzu
Chosen
19
teleqraf.com

1Sources