EN

İlham Əliyev Borreli diktatora layiq nazir adlandırdı - Bizdən nə danışırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və Rusiyanın "RİA Novosti" agentliyinə verdiyi müsahibəni, eləcə də regionda böyük maraq doğuran məsələlərlə bağlı hərtərəfli təhlil və şərhləri xarici KİV geniş işıqlandırıb.
Rusiyanın "NEWS.ru" nəşri Azərbaycan liderinin Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Cozep Borrel barədə söylədiklərini önə çıxarıb. Bildirilib ki, Prezident İlham Əliyev COP-da çıxışlarının birində C.Borreldən sitat gətirərək onun Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatdığını deyib.
Materialda, həmçinin dövlət başçısının "Cozep Borrelə gəldikdə düşünürəm ki, o, bir neçə onilliklər əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun sadəcə başqa zamanda yaşamaqla bəxti gətirməyib", - deyə mənbə dövlət başçısının fikirlərinə istinad edib.
Rusiyanın "İnterfaks" agentliyi Prezident İlham Əliyevin Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini sitat gətirib. Bildirilib ki, Azərbaycan lideri "Avropa müşahidəçiləri" pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, agentlik Azərbaycan Prezidentinin Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması məsələsinə də münasibət bildirdiyini yazıb.
Türkiyənin "Gazete Kritik" nəşri isə dövlət başçısının Rusiya ilə Qərb arasında davam edən qarşıdurmaya münasibət bildirdiyini yazıb.
Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib:
"NATO-nun və Rusiyanın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək".
Ətrraflı Baku TV-nin süjetində:
Chosen
22
9
oxu.az

10Sources