EN

Paşinyan keçmiş prezidentləri debata çağırdı - Əks halda...

Mən keçmiş prezidentləri bir daha düşünməyə və üzbəüz müzakirə üçün fürsətdən istifadə etməyə çağırıram.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində bildirib.

“Ermənistanın keçmiş prezidentlərinə təklif etdiyim debat xalqın üçüncü respublikanın tarixində baş verənlərlə bağlı yekun və birmənalı nəticə çıxarması üçün böyük əhəmiyyət kəsb edəcək. Bu, əsas media nümayəndələri üçün üz-üzə görüşmək və üzbəüz debatla uzaqdan debatı yekunlaşdırmaq üçün unikal imkandır.

Bu, təkcə keçmişlə bağlı söhbət deyil, həm də gələcək strategiyalarda oriyentasiya üçün əsas hadisədir. Problem təkcə mübahisədə deyil, həm də öz tarixini öz xalqına təqdim etməkdə, öz tarixini dərk etməkdədir.

Keçmiş prezidentlər debatdan imtina ediblər, lakin mən onları bir daha düşünməyə çağırıram, çünki gec-tez nəticələr çıxarılacaq. Mən vicdanlı yolu seçirəm: üz-üzə dayanıb keçmiş prezidentlərlə görüşmək. Mən təklif edirəm ki, bu təklifi qəbul etsinlər, əks halda nəticələri xalq çıxaracaq və mən xalqa bu nəticələrin çıxarılmasına kömək edəcəyəm”, - deyə Paşinyan qeyd edib.

Chosen
15
unikal.az

1Sources