EN

Türkiyə Superliqasında 2024-cü ilə yekun vuruldu

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasında 17-ci tura yekun vurulub. 

QOL.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib. 

“Başakşehir” öz meydanında “Kasımpaşa” ilə bərabərə qalıb. 

Səfərdə “Hatayspor”u üstələyən “Adana Demirspor” isə ardıcıl ikinci qələbəsini qazanıb. 

“Başakşehir” - “Kasımpaşa” - 2:2
Qollar:
Nuno Da Kosta, 3 (0:1), Kristof Piontek, 9-pen. (1:1); 42-pen. (2:1), Gökhan Gül, 68 (2:2) 

“Hatayspor” - “Adana Demirspor” - 1:3
Qollar:
Vincent Aboubakar, 25 (1:0), Semih Güler, 61 (1:1), Ozan Demirbağ, 70 (1:2), Abat Aymbetov, 75 (1:3)
Qırmızı vərəqə: Cengiz Demir, 50 (“Hatayspor”)

Bu nəticələrdən sonra “Başakşehir” 23 xalla 7-ci, “Kasımpaşa” 20 xalla 10-cu, “Hatayspor” 9 xalla 18-ci, “Adana Demirspor” isə 5 xalla sonuncu - 19-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 44 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça” 36 xalla ikinci, “Samsunspor” isə 30 xalla üçüncü yeri tutur. 

Qeyd edək ki, bugünkü matçlardan sonra Türkiyə Superliqasında fasilə yaranıb. Növbəti turun oyunları 2025-ci ilin yanvarın ilk 5-də start götürəcək.  

Chosen
16
1
teleqraf.com

2Sources