Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.
“Başakşəhər” – “Kasımpaşa” qarşılaşması heç-heçə ilə başa çatıb. “Hatayspor” isə öz meydanında “Adana Dəmirspor”a uduzub.
Hazırda Super Liqanın turnir cədvəlinə 44 xalı olan “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 36 xalla 2-ci, “Samsunspor” 30 xalla 3-cüdür. “Göztəpə” 28, “Eyüpspor” 27, “Beşiktaş” 26, “Başakşəhər” 23, “Qaziantep” və “Antalyaspor” 21, “Kasımpaşa”, “Konyaspor” və “Rizəspor” 20 xal toplayıb.
Türkiyə Super Liqası
17-ci tur
20 dekabr
Eyüpspor – Fənərbağça 1:1
Qollar: Kutucu, 26 - En Nesiri, 45+4.
21 dekabr
Sivasspor - Samsunspor 0:0
Beşiktaş - Alanyaspor 1:1
Qollar: Rafa Silva, 7 - Lima, 5.
22 dekabr
Qaziantep – Antalyaspor 2:0
Qollar: Kozlovski, 42. A.Maksim, 66.
Göztəpə – Rizəspor 3:0
Qollar: Miroşi, 25; 78. Tiyaniç, 71.
Kayserispor – Qalatasaray 1:5
Qollar: Bahoken, 14 – Osimhen, 4; 71. B.A.Yılmaz, 29; 87. Y.Akgün, 51.
Trabzonspor – Bodrumspor 1:0
Qol: Maleyro, 86.
23 dekabr
21:00 Başakşehir - Kasımpaşa
21:00 Hatayspor - Adana Demirspor