EN

Paşinyan Sərkisyan və Köçəryanı debata çağırdı

Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında bildirib.

“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə Dağlıq Qarabağ üzrə danışıqlar prosesi ilə bağlı mənim yazıma cavab verdilər. Amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Mənim yazdıqlarımı mübahisələndirən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan yazıb.

Qeyd edək ki, bu gün səhər Baş nazir Paşinyan sosial şəbəkə hesabında 1994-cü ildə imzalanan atəşkəsdən sonra bütün danışıqların keçmiş Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması istiqamətində getdiyini bildirmişdi. Onun bu statusuna Sərkisyan və Köçəryanın adamları cavab veriblər./axar

Chosen
11
4
news24.az

5Sources