EN

Nigeriyada bu il Lassa qızdırması 190 nəfərin ölümünə səbəb olub

Bu il Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbindən 190 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris ölkədə Lassa qızdırmasına yoluxma və ölüm hallarında həyəcan verici artım olduğunu bildirib.

İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb.

Hökumət ölkə daxilində epidemiya səbəbiylə 3 dərmanın təyin olunduğunu açıqlayıb.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
17
1
ikisahil.az

2Sources