EN

Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

Bakı. Trend:

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryanbarəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Trend xəbər verirki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyinedilib.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-dəhəbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryanaqarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən,sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuşFransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşlarıtərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, AzərbaycanRespublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət”ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidmətiuğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa XariciTəhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həminvəzifəsindən azad edilib.

Məqalədə:
Chosen
13
49
az.trend.az

10Sources