EN

Bu uşaqlar üçün mühüm qərar: Sosial təminatlardan yararlanacaqlar

“Sözügedən dəyişikliyi qiymətləndirərkən mövzuya bir neçə aspektdən yanaşmaq mütləqdir. Belə ki, qanunvericiliyə edilən dəyişikliyin, ilk növbədə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsini hədəflədiyini vurğulamalıyıq. Bu addım sosial hüquqların genişləndirilməsi və cəmiyyətdəki ən həssas qrupların qorunmasına yönəlmiş önəmli bir təşəbbüsdür”.

Bu sözləri Publika.az-a açıqlamasında ekspert Mehti Kamiloğlu deyib. O, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə münasibət bildirib.

Mehti Kamiloğlu qeyd edib ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, bundan sonra yalnız hər iki valideyni vəfat etmiş və ya bir valideyni əlil olan uşaqlar deyil, həm də müxtəlif sosial və hüquqi vəziyyətlərdə olan uşaqlar (məsələn, cəzaçəkmə müəssisələrində olan və ya valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları) valideyn himayəsindən məhrum olmuş sayılacaq. Bu isə daha çox uşağın bəhs olunan sosial təminatlardan yararlanmasına şərait yaradacaq.

"Dövlət və özəl təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək ki, bu da onların təhsildən kənar qalmasının qarşısını alacaq və onlara bərabər təhsil imkanları yaradacaq. Xüsusilə də, ödənişli və ya ödənişsiz təhsil almalarından asılı olmayaraq, bu uşaqlara verilən əlavə təqaüdlər onların maddi çətinliklərinin aradan qaldırılmasına kömək edəcək və dərslərinə daha yaxşı hazırlaşmaları üçün stimul olacaq.

Eyni zamanda, dərslik və dərs ləvazimatları üçün ödənilən müavinət və təhsil müəssisələrini bitirən zaman verilən müavinətlər uşaqların sosial adaptasiyasını asanlaşdıracaq və onların gələcəkdə iş bazarına inteqrasiyasına dəstək olacaq", - ekspert əlavə edib.

Chosen
16
2
publika.az

3Sources