ABŞ Prezidenti Co Bayden ölkənin 2025-ci il üçün müdafiə büdcəsini təsdiqləyib.
Herbiand.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident Bayden 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiq edən sənədi imzalayıb.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat dekabrın 18-də təsdiqləmişdi.