EN

Evə gələn yapon qonaq otağında ayı ilə rastlaşdı

Yaponiyanın Fukusima prefekturasının Kitakata şəhərində maraqlı hadisə baş verib. Şəhər sakini evində gözlənilmədən ayı ilə rastlaşıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

"60 yaşlı kişi bazar ertəsi, dekabrın 23-də axşam evə qayıdandan sonra qonaq otağında səs eşidib. O, qəfl ayı ilə rastlaşıb. Yırtıcı başını kotatsunun (ənənəvi alçaq yapon masası-red.) altına soxubmuş.

Ev sahibi zərər görmədən xilas ola bilib. Daha sonra polis əraziyə girişi məhdudlaşdırıb və məlumat ovçulara ötürülüb",- nəşr yazıb.

Xatırladaq ki, dekabrın əvvəlində də maraqlıolay b. vermişdi. Ayı Yaponiyanın şimal-şərqindəki Akita şəhərindəki supermarketdə üç gün dolaşıb. Yırtıcı satış ərazisinə daxil olaraq işçilərdən birinə hücum edib. NHK telekanalının məlumatına görə, kişi yaralanıb, lakin ayı ilə mübarizədən sonra qaça bilib. Polis və təcili yardım xidməti heyvanı tutub. O, mağazanın ətrafında qurulan sensor tələlər şəbəkəsi sayəsində tutulub.

Tural

Chosen
18
50
news365.az

10Sources