EN

"Kiyevə görə Rusiya-NATO müharibəsi ehtimalı artır" -Politoloq

Rusiya ilə NATO arasında silahlı münaqişə ehtimalı ittifaq ölkələrinin Ukraynaya dəstəyi ilə ilə daha da artır. Bu fkri Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) və Valday Klubunun eksperti Dmitri Stefanoviç Lenta.ru-ya müsahibəsində bildirib.

 Onun sözlərinə görə, hərbi təlimlər zamanı insidentlərin, məsələn, Arktikada gəmilərin və ya təyyarələrin qəsdən toqquşmasını da istisna etmək olmaz.

 Ekspert hesab edir ki, bu kimi müxtəlif hadisələr Rusiya-NATO münaqişəsinə gətirib çıxara bilər: Rusiyanın Baltik dənizində gəmiçiliyini məhdudlaşdırmaq cəhdləri, Qara dəniz üzərində Ukraynada yerləşdirilmiş Qərb kəşfiyyat təyyarələrinin və ya peyklərinin məhv edilməsi və s. də bu kateqoriyadandır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
19
news365.az

1Sources