EN

İsanı Azərbaycan münəccimləri aşkarlamışdılar

Bu gün katolik kilsə Milad bayramını qeyd edir. Xristian əfsanələrinə görə, məhz bu gün uzaq Midiyadan gəlmiş üç münəccim, sehrbaz Qüdsə gəlirlər. Küknar ağacının altındakı körpəyə - İsaya təzim edib hədiyyələrini bələyi altına qoyurlar. Müqəddəs kitablarda “muğ” adlandırılan bu üç sehrbaz - Qaspar ( İsfər), Melxior, Baltasar qədim Midiya münəccimlərindəndilər.Bir gün uzaq ulduzları seyr edərkən gözlərinə inanmırlar. Məşhur “Sehrli xalat” filmindəki kimi hərəkət edib özlərini o vaxtkı Parfiya hökmdarının ayaqları altına atırlar.

Bir ağızdan deyirlər: “Qüdtətli xan həzrətləri, qüdrətli xan həzrətləri... Göyün yeddinci qatında Müştəri, Çəyvan, Mürrix, Ütəriyyə və Nahid ulduzları təxti-səltənətə, ölkəmizə qarşı təhlükəli vəziyyətdə asılıb qalıblar... Uzaq Qüdsdə xilaskar, yəni zəmanəmizin Səyavuşu doğulub. O, dünyaya öz ulduzu ilə birlikdə gəlib. Eyni məqamda, anda doğulublar. İcazə verin...”.O vaxt Parfiya ilə Roma imperiyası inidki Qüds uğurunda müharibə edirdilər. Parfiya hökuməti mövzuya siyasi rənglər də qatır. Münəccimləri Qüdsə ezam etməyə tələsmir. Məşhur səyyah Marko Polo İsa peyğəmbəri aşkarlamış münəccimlər barədə danışarkən xüsisi olaraq Azərbaycanın adını çəkib. Qeyd edir ki, İsanı aşkarlamış münəccimlər məhz Azərbaycan mənşəli idilər. Onun səyahətnaməsində deyilir: “İrəlidə, üç günlük yol məsafəsində “Qala Ataperistan” ( yəni, Azərbaycan) adlı bir qəsr var. Fransızca bu “atəşpərəstlər qalası” mənasını verir. Sakinləri oda sitayiş edirlər. Buranın üç hökmdarı vaxtilə göydə İsanın ulduzunu tapırlar. Ulduzu təqib edərək gəlib yetişirlər İsanın doğulduğu dəqiq ünvana”.Marko Polo mahir kəşfiyyatçı kimi hərəkət edərək, 1400 il sonra katolik kilsəsi üçün çox vacib bu coğrafi nöqtəni yenidən aşkarlamışdı.İndi növbə bizimdir.Mövzunu yenidən, bu dəfə sırf Azərbaycanın maraqları çərçivəsində “aşkarlayaq”. İsfər, Baltasar, Melxior öz səma müşahidələrini ulu Zərdüştün ulduz xəritəsi, təqvimi əsasında aparırdılar. Müşahidələrin hədəfi aydındır - zamanın Səyavuşunu, yəni Xilaskarını tapmaq! Parfiya dövləti buna siyasi rəng verdi o vaxt. Qüdsdə yeni dinin - xristianlığın doğmasına şərait yaratdı. Nəticədə Romanı laxlatdı.Həmin İsfər, Baltasar, Melxiorun nəşləri indi Almaniyanın Köln kilsəsində saxlanmaqdadır.Uzağa getməyək. Uşaqlara Milad günü hədiyyə vermək adəti də bax buradan yaranıb.P.S. Xatırladıram. Ənənə davam edir. Ölkə Prezidenti İlham Əliyev məhz belə bir gündə dünyaya göz açıb.

Chosen
35
anspress.com

1Sources