EN

Varikozun yeganə effektiv müalicə ÜSULU

Venaların varikoz genişlənməsi sadəcə estetik problem deyil, həm də ciddi xəstəlikdir və təhlükəli nəticələrə gətirib çıxara bilər.

Medianews.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə tanınmış fleboloq Dina Bestayeva xəbərdarlıq edib.

Ekspert bildirib ki, varikoz genəlmə zamanı baş verən dəyişikliklər dönməzdir və heç bir məlhəm, həb, ya kompressiya corabları xəstəliyi tam müalicə edə bilməz. Onlar yalnız simptomları yüngülləşdirir.

“Varikozun yalnız cərrahi yolla, xəstə venaları yox eləməklə müalicəsi mümkündür. Bu məsələdə endovazal lazer koaqulyasiyası ən innovativ, təhlükəsiz və effektiv üsuldur. Prosedurun mahiyyəti ondan ibarətdir ki, lazer enerjisi işıq ötürücüsü vasitəsilə birbaşa vena divarlarına ötürülür və onları yastılaşdırır. Emal edilmiş vena birləşdirici toxuma zolağına çevrilir və zamanla izsiz sorulur. Bu, klassik cərrahiyyəyə qarşı daha yumşaq alternativdir”, – deyə həkim izah edib.

Fleboloqun sözlərinə görə, varikoz – irsən ötürülən genetik şərtlənmiş xəstəlikdir.

“Müəyyən zülalların istehsalında pozğunluq səbəbindən venalar elastikliyini itirir. Vəziyyəti ağırlaşdıran təhrikedici amillər isə hərəkətsiz həyat tərzi, artıq çəki, hormon preparatlarının qəbuludur”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Chosen
31
3
medianews.az

10Sources