EN

Soyuq havalar Aİ-də ciddi qaz problemləri yaradıb - "Financial Times"

Avrola İttifaqı(Aİ) ölkələri soyuq hava və qaz idxalının azalması fonunda anbarlardakı qazdan daha fəal istifadə edirlər. 

Bu barədə Financial Times qəzeti məlumat yayıb.

 Məqalə müəllifinin sözlərinə görə, soyuq hava və dəniz yolu ilə idxalın azalması tələbi artırdığından, Aİ üç il əvvəlki enerji böhranından bəri qaz anbarlarını ən sürətlə şəkildə boşaltmağa başlayıb. 

Gas Infrastructure Europe (GIE) şirkətinin məlumatına görə, qaz bazarlarında yanacaq doldurma mövsümünün başa çatdığı sentyabrın sonundan dekabrın ortalarına qədər Avropa İttifaqında anbarlardakı qazın miqdarı təxminən 19% azalıb.  Əvvəlki iki ildə həmin dövr ərzində həcmin 10%-dən çoxu istifadə olunmuşdu.

Tural

Chosen
13
news365.az

1Sources