ABŞ rəhbərliyi Çinin çip istehsalı ilə bağlı yeni araşdırma başladıb.
İndex.az xəbər verir ki, ABŞ rəhbərliyi avtomobil, məişət texnikası və müdafiə sistemləri kimi müxtəlif sahələrdə istifadə edilən köhnə tip Çin yarımkeçiriciləri ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Açıqlamada Çinin yarımkeçirici sənayesində yerli və qlobal bazarlarda hökmranlıq etməyə çalışdığı, ölkənin lokallaşma və özünü təmin etmək üçün geniş şəkildə rəqabət əleyhinə və bazardan kənar üsullardan istifadə etdiyi vurğulanıb.