EN

Suriyanın yeni hökuməti 300 minlik ordu qurur

Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək. Onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcək.

Gundem.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki ağır vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - suriyalı general Əhməd Osman nəşrə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin onurğa sütunu formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq:

“Yaradılan orduya İdlibdən olan “Heyət Təhrir əş-Şam” qrupunun təxminən 40 min üzvü, Azad Suriya Ordusunun 50 min əsgəri və Əsəd rejiminin cinayətlərində əli olmayan hərbi və kəşfiyyat rəsmiləri cəlb olunacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi böyük əhəmiyyət kəsb edir”.

Nəşr yazıb ki, Türkiyənin hərbi kontingenti Suriyada 5 mühüm məntəqədə yerləşdiriləcək.

Chosen
2
5
gundem.az

6Sources