EN

Makron yeni hökumət üzvlərini təsdiq etdi

Fransa prezidenti Emanuel Makron ötən gün, dekabrın 13-də məcburiyyət qarşısında baş nazir postuna təyin etdiyi Fransua Bayrunu qəbul edib və onun təqdim etdiyi nazirlər kabinetinin yeni heyyət üzvlərinin siyahısını təsdiq edib.

 Fransa nazirlər kabinetinin əsas üzvləri öz vəzifələrini saxlaya biliblər. Siyahını Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.  Beləliklə, Jan-Noel Barro xarici işlər naziri, Sebastyan Lekorino müdafiə naziri, Bryuno Retaylo isə, daxili işlər naziri  postlarında qallblar.

 Yeni baş nazir, 73 yaşlı Bayru yeni vəzifəsində bəyan edib ki, Fransada baş verən dərin siyasi böhran fonunda nazirlər kabineti çox işlər görməlidir.

 Bayrunun rəhbərlik etdiyi  hökumətin,  prezident Makronun  səriştəsiz "fəaliyyəti" nəticəsundə, hazırda siyasi və iqtisadi böhran içərisində yaşayan Fransada "çox işlər görməyi" bacaracaqmı?...

 Rüstəm Hacıyev

Chosen
5
adalet.az

1Sources