EN

Türkiyədə güclü qardan sonra dalğalar buz tutdu - Foto

Türkiyənin Qarş şəhərində ötən gün başlayan və fasilələrlə davam edən qar yağışı həyatı iflic edib.

Ölkə.Az Türkiyə mətbuatında istinadla xəbər verir ki, sıx dumanın da təsirli olduğu şəhərdə nəqliyyatda fasilələr yaranıb. Sarıqamış rayonunda qar yağdıqdan sonra soyuq hava və duman təsirli olub. Sarıçam meşələri, bitkilər və yollar qarla örtülüb. 

Səhər saatlarında duman səbəbindən görmə məsafəsi 20 metrə enib.

Havanın temperaturunun 12 dərəcə şaxtaya endiyi şəhərdə dərə və göllər buzla örtülüb. Havaların soyuq keçməsi ilə əlaqədar Çıldır gölünün sahillərində buzlaqlar əmələ gəlib.

Billurə

Chosen
4
3
olke.az

4Sources