EN

Suyun altında boğulma təhlükəsi yaşadı – Video

Moskvada fəaliyyət göstərən azərbaycanlı müğənni Sultan Məşədiyev (Sultan Prince) yeni mahnısını təqdim edib.

Dərgi.az  xəbər verir ki, o, Xalq artisti Zülfiyyə Xanbabayevanın hit mahnısı “Qəlbinə yol”u repertuarına daxil edib və ona klip çəkdirib.

Klipin bəzi hissələri 6 saat hovuzda lentə alındığından çətin anlarsız ötüşməyib. Belə ki, Sultan çəkiliş vaxtı boğulma təhlükəsi ilə üz-üzə qalıb. Onun köməyinə klipdəki tərəf müqabili, həm də təlimatçı Yanika Land çatıb.

Xatırladaq ki, Z. Xanbabayevanın sözügedən mahnısı 2003-cü ildə işıq üzü görüb. “Qəlbinə yol”un musiqisi Rəşad Haşımova, sözləri isə Altun Şaşıqa məxsusdur.

 

Chosen
7
3
dergi.az

4Sources