EN

Xəzər dənizi ilə Azərbaycana 24 kiloqrama yaxın narkotik keçirmək istədilər - QARŞISI ALINDI, VİDEO/FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Komandanlığının bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotikin Xəzər dənizi ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Korrespondent.az-a DSX-nın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.

Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram olan marixuana və tiryək, eləcə də 500 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
1
27
korrespondent.az

10Sources